Nikol Paşinyanla Vladimir Putin arasında bağlı qapılar arxasında keçən görüşdə erməni baş nazir çalışıb ki, rus liderin inamını qazansın.
Bu məlumatı “Qraparak” qəzeti yayıb.
“Paşinyan çalışıb ki, Putini öz niyyətlərinin səmimiliyinə inandıra bilsin. O, birbaşa və ya dolayısı yolla başa salmağa çalışıb ki, onun qarşıdurmaya getmək niyyəti yoxdur və bütün məsələlərdə əməkdaşlığa, eləcə də güzəştlərə hazırdır. Əgər problem Sorosun kadrlarındadırsa, o zaman Paşinyan onları da dəyişməyə hazır olduğunu söyləyib”, – deyə məqalədə iddia edilib.