Demokratik dəyərləri pozmasına görə Avropa İttifaqının gündəminə gələn Viktor Orbanın Rusiyadan təsirlənməsi güman edilir. Onun Rusiya prezidenti Vladimir Putinlə bir çox oxşar cəhətləri mövcuddur.
İlk öncə qeyd etmək lazımdır ki, Viktor Orban o adam idi ki, 1989-cu ildə ölkədən rus qoşunlarının çıxarılmasının qatı tərəfdarı idi. Lakin zamanla o, Rusiya tərəfdarına çevrilmişdir və hətta Orban Putinə bənzəməyə də başlamışdır.
Viktor Orban Putin kimi ölkədə hökumətin mediaya nəzarətini artırıb. Macarıstanda çox ciddi media azadlığı problemi mövcuddur.
İkinci olaraq, Orban da Putin kimi ətrafında oliqarx çevrəsi yaradıb. Ölkənin bir çox oliqarxları ilə münasibət quraraq diktatorluq gücünü artırıb.
Üçüncü isə o, ölkəsində qeyri-hökumət təşkilatlarını sıxışdırmağa başlayıb. Orban xaricdən maliyyələşən idarələrin fəaliyyətinə maneəçilik törətdir.
Macarıstan Rusiyadan bəzi yardımlar alsa da, Orban Rusiya təsirini inkar edir.