Eurasia Diary “Aysor.am”-a istinadla xəbər verir ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan bir neçə dəfə növbədən kənar parlament seçkiləri ilə bağlı çıxışlar edib və bununla da o Konstitusiyada yeni dəyişikliklər etmək istəyir. Milli Məclisin vitse-spikeri Eduard Şarmazanov bu barədə narahtlığını “Aysor.am”-a bildirib.
"Nikol Paşinyan Milli Məclis tərəfindən baş nazir seçilib, parlament onun hökumət proqramını səs çoxluğu ilə təsdiqləyib. Nikol Paşinyan növbədən kənar seçkiləri istəyirsə, bu oyun Respublikaçılara deyil, Nikol Paşinyan və onun müttəfiqlərinə aiddir. Respublikaçılar artıq məclisdə çoxluq təşkil etmir, çoxluq Paşinyan tərəfdarlarına və Respublikaçılardan ayrlanlara məxsusdur".
Şarmazanov vurğulayıb ki, Konstitusiya növbədən kənar seçkiləri baş nazirin istefası ilə keçirir, yəni baş nazir istefa verməsə seçkilər olmayacaq. "Seçkiləri istəyirsə, onda istefa versin. Əgər o tərəfdarlarının onu seçəcəyinə əmin deyilsə bu Respublikaçıların günahı deyil ", - deyə vitse-spiker bildirib.
Onun sözlərinə görə, 2017-ci il seçkiləri qanuni idi, respublikaçıların fikrincə aydındır ki, mövcud parlament qanunidir. Şarmazanov bildirib ki, onlara Milli Məclisi sirkə çevirməyə imkan verməyəcək və istədikləri zaman onu buraxmayacaqlar.
Vitse-spikerin sözlərinə görə, onlar siyasi müxalifətdir və Paşinyan kimi öz fikirlərində israrlı olmaq haqları var.