Eurasia Diary "İran-Daily"-yə istinadla xəbər verir ki, Rusiya hökuməti şənbə günü bildirib ki, Avrasiya İqtisadi Birliyi (AİB) ilə İran arasında azad ticarət sazişinin ilkin layihəsini ratifikasiyası edib və parlamentin müzakirəsinə göndərib.
Sputnik xəbər verir ki, Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Rusiyadan ibarət beş ölkənin iqtisadi bloku mayın 17-də Astanada keçirilən İqtisadi Forum çərçivəsində İranla müvəqqəti sərbəst ticarət sazişi imzalayıblar.
Müvəqqəti saziş tərəflərin yekun müqavilə imzalayacağı müddətə qədər 3 il qüvvədə qalacaq.
Sazişin məqsədi rüsumları azaltmaq, həmçinin öhdəliyin artırılması və qarşılıqlı ticarətin gücləndirilməsi üçün qeyri-tarif maneələrinin aradan qaldırılmasıdır.