Eurasia Diary "TASS"a istinadən xəbər verir ki, ABŞ-ın Şimali və Cənubi Karolina ştatında baş verən Florens qasırğası zamanı ölənlərin sayı 13-ə çatıb.
Şimali və Cənubi Karolina, Vircinya, Merilend, Corciya, Tennesi ştatlarından 20 min nəfər 206 Qırmızı xaç cəmiyyətinin sığınacaqlarına yerləşib.
Qasırğanın sürəti zəifləsə də, ərazidə yerləşən su hövzələrində daşqınlar və sellər davam edir. Adı çəkilən ştatlarda ştatlarda fövqəladə vəziyyət elan edilib və 1.5 milyon insanın evakuasiyası nəzərdə tutulur.