Bu gün iki ölkə arasında davam edət ticarət savaşına baxmayaraq, Çinin yüksək rütbəli zabitləri amerikalı həmkarları ilə birlikdə regional silahlı qüvvələrin səhiyyə forumuna qatılıb. Bu barədə Eurasia Diary "Reuters"-ə istinadən xəbər verir.
Bu həftə Çinin Xian şəhərində Sakit Okean Səhiyyə Mübadiləsi Forumu keçirilib. Foruma ABŞ, Avstraliya və Yaponiya da daxil omaqla 28 ölkədən 600 iştirakçı qatılıb.
Çin ABŞ-la ticarət savaşına baxmayaraq, hərbi əməkdaşlığın inkişafında maraqlı olduğunu vuğulayıb. Qeyd edək ki, Forum 17-21 Sentyabr müddətində davam edəcək.