ABŞ müdafiə naziri Ceyms Mattis bazar ertəsi günü Makedoniyaya səfər edib. O, Rusiyanın referendumda müdaxilə etməyə və dezinformasiya çalışması ilə bağlı xəbərdarlıq edib. Bu barədə Eurasia Diary "Euronews"-a istinadla xəbər verir.
Makedoniya, iyunun 30-da ölkənin adını dəyişmək barədə referendum keçirəcək. Qeyd edək ki, təklif olunan ad “Şimali Makedoniya”-dır. Bundan sonra artıq Yunanıstan Makedoniyanın NATO-ya üzvlüyünə mane olmayacaq.
Mattis Skopyedə jurnalistlərə açıqlamasında söyləyir: "Biz onların öz gələcəklərini necə seçmələrinə baxacayıq, başqalarının onların yerinə seçim etməyinə yox”.
"Biz Rusiyanın başqa yerlərdə etdiyini burda görmək istəmirik", - deyə Mattis bildirib.
ABŞ 1991-ci ildən etibarən hər il Makedoniyaya təhlükəsizliyinə 5 milyon dollar maliyyə yardım ayırır. Bu zaman ərzində ümumilikdə 750 milyon dollar maliyyə yardımı edib.