İran rəsmiləri İraq parlamentinin yeni seçilmiş başçısı Məhəmməd əl-Halbosini təbrik ediblər. Bu barədə Eurasia Diary “İran-daily”-yə istinadla xəbər verir. Onlar bu addımı Ərəb dövlətində yeni hökumətin yaradılması baxımından “əhəmiyyətli və vacib” hesab edib.
“İran İslam Respublikası hər zaman İraqın demokratik dəyərlərini, ərazi bütövlüyünü, milli suverenliyini və xalq tərəfindən seçilmiş nümayəndələrinin qərarlarını dəstəkləmişdir ", - deyə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi şənbə günü bildirib.
“İnşallah, biz bu ölkədə ləyaqətli İraq xalqı üçün təhlükəsizlik, inkişaf və çiçəklənməyə şahid olacayıq”, İraq millət vəkili bildirib.