Rüsvayçılıq - ABŞ qaçqın limitini aşağı saldı | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Rüsvayçılıq - ABŞ qaçqın limitini aşağı saldı

Dünya A- A A+

Eurasia Diary "Aljazeera"ya istinadla xəbər verir ki, ABŞ Dövlət Katibi Mayk Pompeonun 2019-cu il üçün ölkəyə qaçqın axını limitini açıqlayıb. O, bu rəqəmin 30 min olduğunu bildirib, ABŞ hökümətinin bu qərarı hüquq müdafiəçiləri tərəfindən “haqsızlıq” və “rüsvayçılıq” kimi qiymətləndirilib.

Bazar ertəsi günü açıqlanan rəqəmlər bu illə (45 min) müqayisədə kəskin azalma olması ilə xüsusi diqqət çəkir .

"Bu il təklif olunan qaçqın limiti Birləşmiş Ştatların təklif etdiyi bir çox başqa müdafiə və yardım formaları baxımından nəzərə alınmalıdır", Pompeo söyləyib.

“Bəşəriyyətimizin rüsvayçı təzahürüdür”, - deyə qaçqın haqlarının müdafiəçiləri söyləyiblər.

İnsan hüquqları üzrə qht nümayəndəsi Cennifer Quikli, etdiyi şərhdə, "Bugünkü elan ... qaçqın böhranının yaşandığı zamanda, insanlığımızın biyabırçı şəkildə itirilməsidir", dedi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...