Eurasia Diary "TASS"a istinadla xəbər verir ki, Hollandiyanın Rusiyadakı səfiri Rene Cons-Bos çərşənbə günü Xarici İşlər Nazirliyinə çağrılıb. Rusiya Hollandiyada anti-rus kompaniyalarının aparılmasından narahatlığını ifadə edib.
Hollandiya mediyası iki rus casusunun İsveçrədəki kimyəvi laboratoriyadan məlumatları oğurlamağa cəhd etdiyi barədə məlumat yayıb.
Qeyd edək ki, Hollandiya səfiri ilə bərabər İsveçrənin səfiri də çağrılıb. Rusiya nazirliyi baş verən hadisələrin ölkələr arası münasibətlərə mənfi təsir göstərəcyini açıqlayıb.