ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı Komissiyasının sədri Jan Klod Yunkeri “iyrənc” adlandırıb. Lakin, bunu o, kompliment kimi istifadə edib. Bu barədə Eurasia Diary "Presstv"yə istinadla xəbər verir.
“O, sərtdir, iyrəncdir, mən həmin tip insanlarla danışıqları sevirəm”, - deyə Tramp Ağ Evdə jurnalistlərə söyləyib.
Trampın bu cür ifadələr işlətməsi diplomatdan daha çox biznesmen üslubuna bənzəyir
ABŞ-ın Avropa İttifaqı ilə yenidənqurulan ticarət razılaşmalarına dair tələblərinə toxunan Tramp, Yunkerin iyul ayında bir razılaşmadan üç dəfə imtina etdiyini söyləyib.
“Mən dedim ki, yaxşı, biz daha müzakirələr aparmamalıyıq. Biz sizin milyonlarla avtomobilinizə gömrük rüsumu tətbiq edəcəyik”, Tramp söyləyib.
“Daha sonra o tez bir zamanda mənim ofisimə gəldi, onların belə sürətli təyyarələrə sahib olduqlarını bilmirdim”
Tramp, Polşa prezidenti Andrey Dudanıı ziyarət edərkən Vaşinqtonun yaxın müttəfiqlərlə və Çin ilə uzun müddətli ticarət razılaşmalarını pozmaq haqqı olduğunu təkrarladı.
“Bizim ölkəmiz burda işi olan hər bir dövlət tərəfindən istismar olunub”.