İran Neft Naziri Bican Namdar Zəngane Bloomberg-ə müsahibəsində OPEC-in qərarlarına dair fikir bildirmişdir. Bu barədə Eurasia "Diary Mehr News"a istinadən xəbər verir.
“Mən İranı təhdid edən OPEC qərarlarını veto edəcəyəm. Bu bazar toplaşacaq OPEC Nazirləri Müşahidəçi Komitəsinin qərarı əsaslı deyil. “Yalnız OPEC üzvlərinin iclasında verilən qərarlar etibarlıdır.”
“Məncə Tramp heç bir ekspertlə və hətta öz hökuməti ilə məsləhətləşmədən İran ixracatını sıfıra endirmək istəyir” , - deyə Zəngane bildirib.
Qeyd edək ki, Tramp bu gün, “Twitter” hesabında OPEC rəhbərlərini neft qiymətini aşağı salmağa səsləyib.