Eurasia Diary “İrna” xəbər agentliyinə istinadən bildirir ki, parada olunan terror hücumundan sonra Hollandiya, Danimarka və Britaniya səfirləri İran Xarici İşlər Nazirliyinə çağrılıb.
İran bu ölkələri bəzi terror qruplarının üzvlərinə sığınacaq verdiyinə görə qınayıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi “Aİ-nin onun torpaqlarında akt törətmədiyi müddətdə terrorçulardan ibarət qara siyahısının olmaması qəbul edilməzdir”, söyləyib.
Hollandiya və Danimarkadan terrorçuluqda şübhəli bilinən şəxsləri ekstradisiya etməsi gözlənilir. Hər iki ölkə səfiri müzakirə olunan məsələləri öz hökumətlərində qaldıracağı və İranla əməkdaşlıq edəcəklərini söyləyiblər. Bu barədə Qasemi çıxışında bildirib.
Qeyd edək ki, İran Səudiyyə Ərəbistanına bağlı Əl-Əhvaz terror qrupunu bu hadisədə ittiham edir.