Eurasia Diary “Euronews”a istinadla xəbər verir ki, Çin ABŞ-ın Pekindəki səfirini çağıraraq, ABŞ-la olan birgə hərbi danışıqlardan imtina edib. Qeyd edək ki, Rusiyadan aldığı hərbi silahlar və avadanlıqlara görə ABŞ Çinə sanksiyalar tətbiq etdi. Çin isə bunun əvəzində geri addım atmayacağını bəyan etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Vu Qiyan Çinin Rusiyadan hərbi qırıcılar və raketlər almasını iki ölkə arasında normal əməkdaşlıq olduğunu bildirib və ABŞ-ın buna müdaxilə etmək haqqının olmadığını söyləyib.