Bu gün İrəvanda Şəhər Şurası seçkiləri başlayıb. Ermənistanın Baş Naziri Nikol Paşinyan seçkilərdə səs verib. Bu barədə Eurasia Diary erməni KİV-ə istinadla bildirir.
“Bu seçkilər digərlərindən fərqlənir, indi insanlar əmindirlər ki, namizədləri onlar özü seçir”
Qeyd edək ki, İrəvanda 9 İyuldan bəri icra hakimi yoxdu. Seçkilərdə 12 namizəd mübarizə aparır. Mənim addımım, Luys və Çiçəklənən Ermənistan Partiyası əsas rəqiblər hesab olunur.