İsrail, dünən gecə İran qüvvələrinin Suriyada Qolan Təpələrinə 20-dən çox raket zərbəsi endirdiyini və iki ölkə arasındakı gərginliyin dramatik bir şəkildə yüksəldiyini söyləyib
Eurasia Diary "CNN"ə istinadla xəbər verir ki, İsrail əsgərləri də eyni şəkildə cavab veriblər.
İsrail Müdafiə Qüvvələri spikeri polkovnik-leytnant Conatan Konrikus: "İran Qüds Gücünə aid qüvvələrr təxminən 20 mərmi endirdi".
Qolan yüksəkliklərində ölən və yaralananlar barədə məlumat yoxdur.
Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.