ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar rusiyalı biznesmenlərı öz aktivlərini təcili şəkildə yerli banklara köçürməyə vadar edir.
Eurasia Diary "Bloomberg"ə istinadla xəbər verir.
Bu proses milyarderlər Oleq Deripaska və Viktor Vekselberqin sərt sanksiyalardan qısa zaman ərzində milyardlarla dollar itirməsindən sonra başlayıb.
“Bu hadisə göstərdi ki, beynəlxalq biznes bir anın içində çökə bilər. Bu, sözün əsl mənasında bir çox maqnatların gözünü açdı”, - “BCS Global Markets”in eksperti Vyaçeslav Smolyanin deyib.
Nəşrə görə, hazırda Rusiyaya qayıdan vəsaitlərin həcmini təyin etmək çox çətindir. Belə ki, bir qədər əvvəl “Sberbank” korporativ depozitlərin həcminin yanvar-avqust periodunda 98 milyard dollara çatdığını açıqlayıb. Bu isə kapitalın geri qayıtması anlamına gəlib.
Bir çox rus milyarderlər ticarət hesablaşmalarında dollardan imtina edərək, daha səmərəli valyuta axtarışına başlayıb.