Eurasia Diary xəbər verir ki, Azad Suriya Ordusunun tərkibindəki Milli Qurtuluş Cəbhəsinin İdliblə bağlı bəyanat verib.
"Xalqımızı Rusiya və İranın zülmündən qorumaq üçün hazır və ayıq-sayıq vəziyyətdə dayanmışıq".
“Barmaqlarımız tətikdədir. Türkiyənin mülki əhaliyə qarşı göstərdiyi həssaslığı müsbət qarşılayırıq. Lakin nə silahlarımızdan, nə də torpaqlarımızdan vaz keçəcəyik”, - bəyanatda bildirib.
Məlumat üçün deyək ki, bir neçə gün əvvəl Türkiyə və Rusiya Soçidə İdlibdə müxalifət və hökumət qüvvələrinin demilitarizasiya zonasından geri çəkilməsi haqqında razılıq əldə ediblər.