Eurasia Diary “TASS” agentliyinə istinadən xəbər verir ki, İl-20 təyyarəsinin vurulmasından sonra S-300 zenit raket kompleksini Suriyaya çatdıracaq, bu barədə Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu bildirib.
Onun sözlərinə görə, bu, iki həftə ərzində baş tutacaq.
“İki həftə ərzində Suriyanın Silahlı Qüvvələrinə “S-300” müasir zenith-raket kompleksi çatdırılacaq. Bu kompleks 250 kilometrdən çox uzaqlıqda hava hücumu vasitələrini ələ keçirməyə və eyni zamanda bir neçə hava hədəfini vurmağa qadirdir”, - Şoyqu vurğulayıb.
Şoyqu söyləyib ki, Rusiya Suriyada İsrailin hərəkətlərinə cavab verməyə məcburdur.
“İsrail ekipajları hava şərtlərini əla bilərək Rusiya təyyarəsinin arxasında gizləndilər və bu, təyyarənin vurulmasına və 15 hərbi qulluqçumuzun həlak olmaya gətirib çıxardı. Bu, bizi Rusiya hərbi qulluqçularının təhlükəsizliyinin yüksəldilməsinə xidmət edən adekvat cavab ölçülərini qəbul etməyə məcbur etdi”, - nazir əlavə edib.
Nazir qeyd edib ki, “S-300” kompleksləri Suriyanın döyüş imkanlarını əhəmiyyətli dərəcədə möhkəmləndirəcək.