Eurasia Diary "MehrNews"a istinadla xəbər verir ki, İran prezidenti Həsən Ruhani Nyu-York səfərində Donald Tramp ilə görüşdən imtina edəcəyi barədə bəyənat yayıb. Bu barədə Ruhani NBC-yə müsahibəsində söyləyib.
“Əgər bir insan danışıqlar aparmaq və ya dialoqa girmək istəyirsə o zaman qarşı tərəfə təzyiqlər və təhdidlər etməməlidir”, - deyə Ruhani söyləyib.
“ABŞ bizim neft ixracatımızı sıfıra endirmək imkanına malik deyil”, Ruhani deyib.
“Əgər ABŞ bizim neft sənayemizi məhv etmək istəyirsə, bunun əvəzini ödəyəcək”.