ABŞ Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edib | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


ABŞ Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edib

Dünya A- A A+

Eurasia Diary report-a istinadən xəbər verir ki, ABŞ Ticarət Nazirliyi Rusiyanın 12 şirkətinə qarşı sanksiya tətbiq edib. Bu barədə ABŞ hökumətinin federal reyestrinin saytında məlumat verilib.

Müvafiq sənəd sentyabrın 26-da rəsmi şəkildə nəşr olunacaq.

Xəbərdə qeyd edilib ki, "qara siyahı"ya "Aerokompozit", "Dayvtexnoserviz", "Gamma" Elmi və İstehsalat Müəssisəsi, "Vektor" Elmi Tədqiqat İnstitutu, "Nilco Group", "Texnologiya" Araşdırma və İstehsalat Müəssisəsi (Obninsk),  "Okeanos", "Infotex", "Aviadiviqatel", "İnfoteks", "Syrus Systems", "Vega" Elmi Tədqiqat İnstitutu (Voronej) və digərləri salınıb. 

Xatırladaq ki, "Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın milli borcuna qarşı ABŞ sanksiyalarının tətbiq edilməsini gözləmədiklərini bəyan edib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...