Eurasia Diary Türkiyə KİV-ə istinadən xəbər verir ki, Suriyada ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK / YPG tərəfindən işğal edilmiş ərazilər dünyanın ən böyük terror adasına çevrilib. Pentaqon silahlanma və maliyyələşdirilmə üçün ayda 500 milyon dollar sərf edərək Suriyanın şimalında 25 ölkədən 65 minə yaxın terrorist hazırlayıb. ABŞ bölgəyə 150 min nəfər üçün sursat toplayıb.
Suriyanın şimal və şərqində dünyanın ən böyük terror bazası ABŞ tərəfindən yaradılıb. Suriyada vətəndaş müharibəsindən istifadə edən Vaşinqton Suriyanın Haseke və Raqqa vilayətlərində və Deyrizor və Halep kəndindəki 30 min kvadrat kilometrlik ərazini PKK terror təşkilatı üçün ayırıb. Dörd il ərzində 3 mindən çox kəndi işğal edən PKK-nı qurudan və havadan silah-sursatla təmin etməyə davam edir.