Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə birlikdə amerikalı həmkarı Donald Trampla mübahisə zamanı Rusiyadan qaz almaq hüququnu müdafiə etdiyini deyib.
"Tramp iştirakçılara "Rusiyanı yemləyirsiniz, Almaniya ona çoxlu pul verir". Türkiyə ilə bağlı o bir söz söyləməyib. Amma mən özümü saxlaya bilmədim və təbii qazımızın yüzdə 50 faizini Rusiyadan aldığımızı dedim və əgər biz almasaq, bizim vətəndaşlarımız qışda soyuqdan donacaq. Daha sonra kansler Merkel 38 faiz qaz aldığını və xalqını donmağa imkan verməyəcəyini bildirdi", deyə Ərdoğan Almaniyaya səfər edərkən təyyarədə jurnalistlərə məlumat verib.