İranın Moskvadakı səfiri Mehdi Sənayi və Rosatom dövlət şirkətinin direktor müavini Nikolay Spaski İran və Rusiya arasında sülhməramlı məqsədlər üçün nüvə əməkdaşlığına dair müzakirələr aparıb. Bu barədə Eurasia Diary "MehrNews"a istinadən xəbər verir.
Buşehrdə iki nüvə elektrik stansiyasının inşasına dair danışıqlar aparılıb. Rusiya İrana Əhvaz şəhərində baş vermiş terror hücumuna görə başsağlığı göndərib.