ABŞ Bəsrədəki konsulluğunu bağlayır | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


ABŞ Bəsrədəki konsulluğunu bağlayır

Dünya A- A A+

ABŞ hökuməti İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlamaq qərarına gəlib.

 Eurasia Diary Publika.az-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyert deyib.

"Dövlət katibi Mayk Pompeo əməkdaşların Bəsrədəki konsulluğu tərk etməsi barədə sərəncam verib", - deyə o əlavə edib.

Noyert həmçinin qeyd edib ki, ABŞ-ın Bağdaddakı səfirliyi Bəsrə və onun ətrafında olanlara konsulluq xidməti göstərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...