Türkiyənin məqsədi təkcə öz ərazisində yox, həm də İraqda PKK-nı tamamilə məhv etməkdir.
Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında bir sıra yaşayış məntəqələrini PKK-dan təmizləyib:
“Biz öz sərhədlərimiz yaxınlığında terror strukturlarının yaradılmasına və möhkəmlənməsinə imkan verməyəcəyik”.
Prezident əlavə edib ki, PKK Türkiyə üçün real təhlükədir.