Kamçatkada güclü zəlzələ qeydə alındı.
Eurasia Diary RİA Novosti-yə istinadən xəbər verir ki, Kamçatkanın şərq sahilllərində 5,7 bal gücündə yeraltı təkanlar baş verib. Bu barədə mətbuata Rusiya Geofizika Xidmətinin Kamçatka filialından məlumat verib.
Episentri 50 kilometr dərinlikdə olan zəlzələnin yaşayış məntəqəsindən 88 km aralıda baş verdiyi bildirilib.
Xatırladaq ki, bu 24 saat ərzində Kamçatkada qeydə alınan sayca 4-cü zəlzələdir.