İran Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı inkişaf etdirmək istəyir | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


İran Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı inkişaf etdirmək istəyir

Dünya A- A A+

Eurasia Diary İran-daily.com-a istinadən xəbər verir ki, İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif İranın ABŞ-ın region ölkələrini alçaltmasına son qoymaq üçün güclü bir bölgə qurmaq uğrunda Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.

"Prezident Tramp iki həftə müddətində bizsiz dayana bilməzsiniz deməklə Səudları alçaldıb ", - deyə Zərif cümə axşamı “twitter” hesabında qeyd edib.

"Biz yenidən öz qonşularımız ilə birləşərək güclü bir region qurmalıyıq ", - deyə İranın üst diplomatı əlavə edib.

Qeyd edək ki, Donald Tramp çıxışında Səudiyyə Ərəbistanının onların dəstəyi olmadan iki həftə davam gətirə bilməz sözlərini söyləyib. “Sizin trilyonlarla dollarınız ola bilər, lakin bizimlə siz təhlükəsizlikdəsiniz”, Tramp deyib.

Səudiyyə Ərəbistanı ən çox neft istehsal edən ölkədir və faktiki olaraq OPEC-in lideridir. Donald Tramp neft qiymətlərinin yüksəlməsində Səudiyyə Ərəbistanı və digər region ölkələrini qınayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...