Qaçqınlar və miqrantlara yardım fondlarında kəskin azalmalar müşahidə olunur, lakin, bunun əksinə məcburi köçkünlərə yardım fondlarında artma qeyd olunub.
“Biz 2018-ci il üçün ehtiyac olunana 8.2 milyard dollarlıq yardımın 55%-ni qarşılamağı gözləyirik”, BMT Qaçqınlar İdarəsinin mətbuat katibi Babar Baloc söyləyib. O, 2016 və 2017-ci illərdə bu göstəricinin 56.6% və 58% olduğunu əlavə edib.
Qlobal olaraq qaçqınlar arasında zəif qidalanma, səhiyyə problemləri, uşaqların təhsilsizliyi məsələləri artmaqda davam edir. Onların mühafizə məsələlərində də problemlər mövcuddur.
Hesabat 6 ölkədə kəskin qaçqın böhranı yaşandığını açıqlayıb: Burundi, Konqo Demokratik Respublikası, Cənubi Sudan, Suriya, Əfqanıstan və Somali.
Burundi ən az maliyyələşən ölkədir, ehtiyac olunan 206 milyonun 28%-i qarşılana bilir. KDR-də 31%, Əfqanıstan, Cənubi Sudan, və Somalidə də eyni vəziyyət müşahidə olunur, 32%,33% və 37%.
BMT qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutlan məbləğin qarşılanması üçün yardım kompaniyasını təşviq etməkdə davam edir.