ABŞ Kalaşnikov pulemyotları istehsal etmək istəyir? | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


ABŞ Kalaşnikov pulemyotları istehsal etmək istəyir?

Dünya A- A A+

ABŞ-ın Kalaşnikov pulemyotları istehsal etmək niyyəti Rusiya silahının etibarlılığını göstərir.

Eurasia Diary-nin məlumatına görə, bunu "Kalaşnikov" konserninin mətbuat xidmətindən bildirsələr də, məsələ ilə bağlı konkret plan barədə məlumatlı olmadıqlarını deyiblər:

"Məlumatımız yoxdur. Lakin təəccüblənmədik, çünki bu, bizim silahların etibarlılığını və keyfiyyətini bir daha təsdiq edir".

Bir müddət əvvəl "National Interest" nəşri yazmışdı ki, ABŞ-ın xüsusi əməliyyatlar üzrə komandanlığı modernləşdirilmiş Kalaşnikov və NSV "Utyos" iri çaplı pulemyotlarının texnologiyasını yaxşılaşdırmağı və onların oxşarını istehsal etməyi bacaran şirkətlərə qrantlar təklif edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...