Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 23-də İsrtanbulda Almaniya kansleri Angela Merkellə görüşəcək.
"Eurasia Diary" portalı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin təmsilçisi Şteffen Zaybert bildirib.
Merkel Humanitar Məsələlərə Dair Dünya Sammitində iştirak etmək üçün Türkiyəyə gələcək. Türkiyə prezidenti ilə Almaniya kansleri arasında görüşün də olacağı planlaşdırılır. Sammit mayın 23-24-də Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Mun dünya liderlərini təşkilatın 70 illik tarixində ilk dəfə təşkil olunan dünya sammitində iştirak etməyə çağırıb.