ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd olan Hillari Klinton haqqında hazırlanmış "Hillari Klinton 13 dəqiqə ərzində yalan söyləyir" adlı video "Youtube" da 7 milyondan çox insan tərəfindən izlənilib.
Videoada iqtisadiyyat, səhiyyə, ticarət müqavilələri və cinsi azlıqların evlənmə məsələləri ilə bağlı fərqli kadrlar toplanıb.
Kadrların birində 2004-cü ilə aid müsahibəsində evliliyi "bir kişi ilə bir qadın arasında müqəddəs birlik" kimi dəyərləndirirsə, 2014-cü ildə cinsi azlıqlara dəstək verəcəyini söyləyir.
Videonu paylaşan Mikael Armstrong adlı istifadəçi bu video ilə qətiyyən Trampa dəstək olmaq fikrində olmadığını bildirib. Növbəti videonu ona həsr edəcəyini açıqlayıb.
"Eurasia Diary"