Dünən gecə saatlarında Avstriyanın qərbində bayram şənliyi zamanı atışma baş verib. "Eurasia Diary" xarici KİV-ə istinadən bildirir ki, hadisə Nentsinq kommunasında 150 nəfərin iştirak etdiyi olub. Şənlikdə iştirak edən 27 yaşlı gənc avtomobilindən silahını götürüb və şənlikdə iştirak edənlərə atəş açmağa başlayıb.
Nəticədə 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Daha sonra həmin gənc özünü güllələyib.
Hadisənin detalları araşdırılır.