Ukraynada uydurma erməni soyqırımı abidəsinin açılış cəhdi - etnik qarşıdurma... | Eurasia Diary - ednews.net

20 İyul, Şənbə


Ukraynada uydurma erməni soyqırımı abidəsinin açılış cəhdi - etnik qarşıdurma...

Dünya A- A A+

Ukraynanın Sumı şəhərinin mərkəzi Qorkovo küçəsində erməni lobbisinin uydurma soyqırımı ilə bağlı abidə qoyaraq açılış etmək cəhdi vilayətdə etnik gərginliyə səbəb olub.

Eurasia Diary “Report”a istinadən xəbər verir ki, ermənilərin noyabrın 18-də açılışına hazırlaşdığı “xaçkar” (xaç daşı) üslüblü abidə şəhərin mərkəzində - Çernobil meydanında yerləşir.

Şəhər meriyasından şöbə səviyysində yerləşdirilməsinə icazə verilən abidə Sumı şəhər arxitektura idarəsinin və Ukrayna Təhlükəsizlik Xidmətinin şəhər şöbəsinin ciddi etirazına səbəb olub. Arxitektura idarəsi abidənin yerləşməsinin ciddi qanun pozuntusu olduğunu, təhlükəsizlik şöbəsi isə bunun artıq Ukraynanın Rusiya ilə sərhədində yerləşən bir şəhərində etnik qarşıdurmaya yol açdığını bildirib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Sumı vilayəti üzrə sədri Mehriban Salmanova “Reporta” bildirib ki, artıq hər iki qurumdan onlara zəng edərək bildiriblər ki, bu abidə qanunsuzdur, etnik zəmində iğtişaşa yol açır və çalışacaqlar ki, açılışı baş tutmasın: “Biz artıq digər türkdilli cəmiyyətlər ilə birgə etirazımızı şəhər rəhbərliyinə və təhlükəsizlik xidmətinə də bildirdik. Bunu ermənilər olduqca xəlvəti, səssiz və meriyanın hansısa şöbəsindən saxta yolla razılıq əldə edərək ediblər. Artıq rəsmi qurumlar belə bir uydurma mənanı özündə ehtiva edən abidənin istər şəhər infrastrukturu, istərsə də bölgənin təhlükəsizliyi baxımından qəti yolverilməz olduğunu bildiriblər. Rəsmi qurumlar artıq araşdırmaya başlayıblar. Mən onlara da açıq dedim. Əgər bu baş tutsa, biz də gələn həfətədən rəsmi müraciət edərək ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı şəhərin mərkəzində abidə ucaltmağı tələb edəcəyik. Görüm qadağan edə bilcəklərmi?! Əks halda, burada ciddi çaxnaşma düşəcək!”, - deyə M.Salmanova vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...