Ermənistanda daha bir məhbus aclıq elan edib | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Ermənistanda daha bir məhbus aclıq elan edib

Dünya A- A A+
Ermənistanda daha bir məhbus – ömürlük həbsə məhkum edilmiş 39 yaşlı Aram Xaçikyan bu gündən etibarən aclıq aksiyasına başladığını elan edib. 

Eurasia Diary xəbər verir ki, bu barədə Ermənistanın “Shamshyan.com” kriminal saytı məlumat yayıb. 
Qeyd olunur ki, 2006-cı ildə törədilən qətl üzrə açılan cinayət işi çərçivəsində ömürlük azadlıqdan məhrum edilən Xaçikyan ona qarşı edilən haqsızlığa qarşı bu cür addım atdığını deyib. 

Məhbusun sözlərinə görə, vaxtilə məhkəmədə hakimin çıxardığı hökm qeyri-obyektiv və qərəzlidir. Aclıq aksiyası elan etməklə Xaçikyan aidiyyatı qurumların diqqətini ədliyyə sistemindəki haqsızlıq və özbaşınalığa çəkmək və ona qarşı açılan cinayət işinə və çıxarılan hökmə yenidən baxılmasını istəyir. 

Hazırda Ermənistanın “Armavir” cəzaçəkmə müəssisəsində ömürlük həbsə məhkum edilmiş digər məhbus Vaqarşak Avetisyan da artıq 14 gündür ki, aclıq aksiyası keçirir. 

Erməni KİV-ləri son zamanlar Ermənistan həbsxanalarındakı həm siyasi, həm də digər məhbuslar arasında aclıq edənlərin sayının artmasına və aksiyanın ölümlə nəticələnməsinə diqqət çəkir. Ən son nümunə isə “Nubaraşen” həbsxanasında saxlanılan “Ermənistan qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini, hökumət əlehinə çıxdığına görə həbs olunan Mqer Yeqiazaryanın 44 günlük aclıq aksiyasından sonra yanvarın 26-da ölməsidir. 

Bundan əlavə, Ermənistan mediası yazır ki, Vaqarşak Avetisyanın saxlanıldığı “Armavir” cəzaçəkmə müəssisəsində hələ cəmi bir neçə gün əvvəl 61 yaşlı məhbus A.Aram və 20 yanvar tarixində isə digər məhbus Saak Saakyan dünyasını dəyişib. Onların ölümünə səbəb həbsxana nəzarətçilərinin məhbuslarla pis davranışı, qeyri-sağlam qidanın verilməsi və həkim nəzarətindən kənarda qalmaları olub. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...