Mossad direktorunun məxfi səfəri... - Kanal 13 açıqladı | Eurasia Diary - ednews.net

23 Avqust, Cümə


Mossad direktorunun məxfi səfəri... - Kanal 13 açıqladı

Dünya A- A A+

İsrailin xarici kəşfiyyat qurumu Mossadın sabiq direktoru Tamir Pardo vəzifədə olduğu zaman 2014-cü ildə gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edib.

Eurasia Diary Teleqraf.com-a istinadla xəbər verir ki, İsrailin Kanal 13 televiziyası adını açıqlamayan Qərb diplomatına istinadən qeyd edib ki, 2011-2016-cı illərdə Mossad direktoru vəzifəsini icra edən Pardo 2014-cü ildə Ər-Riyada məxfi səfər edibmiş.

Səfər İran və beynəlxalq güclər arasında başlayan nüvə danışıqları ərəfəsinə təsadüf edib. Həmin dövrdə Səudiyyə ABŞ-İran yaxınlaşmasından narahat olduğu üçün İsraili İrana qarşı güclü dəstəkçi hesab edib. Bu səbəbdən də ilk dəfə İsrail hökumətinin yüksək səviyyəli şəxsinin Ər-Riyada məxfi səfəri baş tutub. Ancaq Mossad şefinin Səudiyyədə hansı məsələləri müzakirə etdiyi, kimlərlə görüşdüyünün detalları indi də açıqlanmayıb.

Bundan başqa, bildirilib ki, İsrail baş naziri Binyamin Netanyahu 2014-cü ilin sentyabr ayında Səudiyyə Ərəbistanının o dövrdəki milli təhlükəsizlik xidmətinin başçısı olan şahzadə Bəndər bin Sultanla üçüncü ölkədə bir araya gəlibmiş.

Bu görüşlə bağlı da tərəflər mətbuata açıqlama verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...