ABŞ-Ermənistan gərginliyi ciddiləşdi - İrəvandan etiraz | Eurasia Diary - ednews.net

22 İyul, Bazar ertəsi


ABŞ-Ermənistan gərginliyi ciddiləşdi - İrəvandan etiraz

Dünya A- A A+

Ermənistan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin Suriyadakı erməni hərbi missiyası ilə bağlı bəyanatına cavab verib.

Eurasia Diary xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan Dövlət Departamentinin müvafiq bəyanatına münasibət bildirib.

XİN rəsmisi Ermənistanın Suriyaya göndərdiyi hərbi missiyanın humanitar məqsədli olduğunu deyib:

“Bu missiya yalnız humanitar xarakter daşıyır və beynəlxalq humanitar qanunlarla tənzimlənir. Missiyanın fəaliyyəti humanitar yardımlar göstərən strukturlar və beynəlxalq tərəfdaşlarla əlaqələndiriləcək”.

Anna Nağdalyan ABŞ-ın məsələ barədə ittihamlarını qəbul etmədiklərini də diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ermənistanın Suriyaya hərbi missiya göndərməsinə etiraz olaraq bəyanat yayıb. Bəyanatda rəsmi Vaşinqtonun Ermənistan rəhbərliyinin bu addımını dəstəkləmədiyi bildirilib. Bu, Rusiya və Ermənistan arasıda əldə edilmiş hərbi anlaşma kimi xarakterizə olunub.

Teleqraf

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...