50 müsəlmanın qətli ilə bağlı 3 nəfər tutuldu | Eurasia Diary - ednews.net

26 May,


50 müsəlmanın qətli ilə bağlı 3 nəfər tutuldu

Dünya A- A A+

Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məsciddə 50 nəfərin qətlə yetirilməsi ilə bağlı 3 nəfər tutulub.

Eurasia Diary İHA-ya istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın baş naziri Yasinda Ardern məlumat verib.

Onun sözlərinə görə, Avstraliya vətəndaşı olan Brenton Tarrant gün ərzində hakim qarşısına çıxarılacaq.

Baş nazir vətəndaşlara səslənərək şübhəli kimsəni gördükləri təqdirdə polislərə məlumat vermələrini istəyib.

Qeyd edək ki, hazırda müxtəlif xəstəxanalarda aralarında 5 yaşlı uşaq olmaqla 47 yaralının müalicəsi davam etdirilir. Onlardan 2 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilir. Ölü sayının artacağı istisna edilmir.

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...