“Qətliamda səbəbkar müsəlmanlardır” - Avstraliyalı senator terrorçuya dəstək verdi | Eurasia Diary - ednews.net

22 May, Çərşənbə


“Qətliamda səbəbkar müsəlmanlardır” - Avstraliyalı senator terrorçuya dəstək verdi

Dünya A- A A+

Yeni Zelandiyada iki məsciddə 50 nəfərin qətlə yetirilməsinə avstraliyalı senator Freyzer Anninq tərəfindən dəstək verilib.

Eurasia Diary “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, o, terror aktına müsəlman əhalinin sayının artmasının səbəb olduğunu bildirib:

“Edilən hücum Yeni Zelandiyada artan müsəlman əhalinin qorxuya səbəb olduğunu göstərir. Solçular bu hücumu radikal milliyətçilik kimi təqdim etməyə çalışacaq. Amma yaşanan vəhşətin səbəbi radikal dinçilərə Yeni Zelandiyaya gəlmələrinə icazə verilməsidir”.

Senator sözlərinə İslamı təhqir edərək davam edib:

“Həqiqət budur ki, İslam başqa dinlərə bənzəmir. İslam faşizmin dini istiqamətidir”.

O, daha sonra “İncil”dən ayəyə istinad edərək bu hücumun təəccüblü olmadığını ifadə edib:

““Qılınc çəkənlərin hamısı qılıncla öləcək (Matta 26:52). Bizi öldürməyə çağıran şiddət tərkibli bir dinin nümayəndələri, birilərinin onlara eyni tonda cavab verəcəyinə təəccüblənməməlidir”.

Avstraliya baş naziri Skott Morrison isə senatorun bu açıqlamasını tənqid edib. O, Anninqin sözlərini “iyrənc” adlandırıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...