Yeni Zelandiya terrorçusu hakim qarşısında - 49 ittiham irəli sürüldü | Eurasia Diary - ednews.net

27 May, Bazar ertəsi


Yeni Zelandiya terrorçusu hakim qarşısında - 49 ittiham irəli sürüldü

Dünya A- A A+
Ötən gün Yeni Zelandiyanın Kraystçerç şəhərindəki məscidlərə silahlı hücum edərək onlarla insanı qətlə yetirən, türk-müsəlman düşməni 28 yaşlı cani Brenton Tarrant saxlanıldıqdan dərhal sonra bu gün məhkəmə qarşısına çıxarılıb.
 
Eurasia Diary “Herald” qəzetinə istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə onun məhkəməsi ictimaiyyətə qapalı keçirilib. 

Qeyd olunub ki, Brenton Tarranta qarşı 49 cinayət ittihamı irəli sürülüb. Səbəb isə, Tarrantın hər iki məscidə hücumda təqsirli bilinməsidir. Buna rəğmən o, zaminə çıxmağı tələb etməyib. Hətta hakim ona qarşı ittihamları sadalayarkən heç bir reaksiya göstərmədiyi və məhkəmə prosesində Tarrantın ağdərili irqin üstünlüyünü müdafiə edən əl işarəsi nümayiş etdirdiyi bildirilir. 

“BBC”nin məlumatına görə, Brenton Tarrant 5 apreldə yenidən məhkəmə qarşısına çıxarılacaq. 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...