Daha bir məscidə hücum - VİDEO | Eurasia Diary - ednews.net

22 May, Çərşənbə


Daha bir məscidə hücum - VİDEO

Dünya A- A A+

İngiltərənin paytaxtı London şəhərində Əşaadibi məscidinə hücum olub.

Eurasia Diary teleqraf.com-a istinadla xəbər verir ki, bir irqçi qrup məscidin qarşısında dayanmış müsəlmanlara çəkic və dəyənəklərlə hücuma keçib.

İslam dini əleyhinə şüarlar səsləndirən irqçilər müsəlmanları söyərək avtomobillə hadisə yerindən uzaqlaşıblar. Polisə xəbər verən müsəlmanlar isə onların aradan çıxmasına mane olmağa çalışıblar.

Hücuma məruz qalanlar arasında 27 yaşlı bir gəncin yaralandığı bildirilib. Polis hadisədən dərhal sonra axtarışa başlayıb.

Qeyd edək ki, ötən gün Yeni Zelandiyada iki məscidə silahlı hücum edən şəxs 49 nəfəri qətlə yetirib, 48 nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...