“Xoş gəldin, qardaş!” - Terrorçunu məscidin qabağında kim qarşılayıb? | Eurasia Diary - ednews.net

19 May,


“Xoş gəldin, qardaş!” - Terrorçunu məscidin qabağında kim qarşılayıb?

Dünya A- A A+

Yeni Zelandiyadakı məscidə müsəlmanları öldürməyə gələn terrorçuya “Xoş gəldin, qardaş” deyərək, onu məscidin qapısında qarşılayan 71 yaşlı əfqan Daud Nəbi qətliamın ilk qurbanı olub.

Eurasia Diary teleqraf.com-a istinadən xəbər verir ki, gələnin xoş niyyətli olmadığını görən yaşlı kişi yanındakı insanı xilas etmək üçün özünü qabağa verib.

Lakin terrorçu onların hər ikisini qətlə yetirib.

Mühəndis olan Daud Nəbi 1980-ci illərdə SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra ailəsini də götürərək Yeni Zelandiyaya gəlib. O, burada bir məscid quraraq, əfqan icmasına rəhbərlik etməyə başlayıb.

Qeyd edək ki, martın 15-də Yeni Zelandiyanın Kristçerç şəhərində yerləşən məscidə terror hücumu nəticəsində 49 müsəlman qətlə yetirilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...