Fransadan Türkiyəyə hərbi dəstək - Gözlənilməz | Eurasia Diary - ednews.net

19 İyul, Cümə


Fransadan Türkiyəyə hərbi dəstək - Gözlənilməz

Dünya A- A A+

Fransanın Müdafiə naziri Florans Parli ABŞ-ın Türkiyəyə F-38 qırıcılarını satmaqdan imtina etməsinə münasibət bildirib.

Eurasia Diary teleqraf.com-a istinadən xəbər verir ki, nazir bunun NATO prinsiplərinə zidd olduğuna işarə vurub:

"NATO-nun həmrəylik gücünün bu və digər texnikanın alınması ilə şərtləndirilməsindən narahatam. İttifaq şərtsiz olmalıdır, yoxsa o, ittifaq olmaz. NATO həmrəyliyi qurumun nizamnaməsinin 5-ci maddəsinə əsaslanır, F-35 maddəsinə yox..."

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemləri alması ABŞ-ı narahat edir. Vaşinqton bu halda Türkiyəyə sanksiya tətbiq edəcəyi, eyni zamanda bu ölkəyə yeni nəsil F-35 qırıcıları satmayacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...