Nazarbayevin istefasından sonra ölkədə ajiotaj - İlk rəsmi açıqlama | Eurasia Diary - ednews.net

17 İyul, Çərşənbə


Nazarbayevin istefasından sonra ölkədə ajiotaj - İlk rəsmi açıqlama

Dünya A- A A+

Nursultan Nazarbayevin prezident postundan istefa xəbərindən sonra Qazaxıstan əhalisi kütləvi şəkildə xarici valyuta almağa başlayıb.

Eurasia Diary-nin teleqraf.com-a istinadən xəbər verir ki, nəticədə ölkədə dollar qıtlığı başlayıb.

Ajiotaj Astana şəhərinin valyuta dəyişmə məntəqələrində dolların tamamilə tükənməsinə səbəb olub.

Bundan başqa, dolların kursunun yüksəldiyi də bildirilir. 378,5 təngəyə satılan 1 dollar 285 təngəyə təklif edilib.

Qazaxıstan Milli Bankının rəsmisi Aleksandr Terentyev açıqlama verməli olub. O, bəyan edib ki, ölkədə maliyyə sabitliyi hökm sürür, ajiotaja və milli valyutanın kursundan narahatlığa əsas yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...