ABŞ təhlükəsizlik vəziyyətinin gərginləşməsi və Liviyanın hərbi liderlərindən olan general Xəlifə Həftarın Liviyanın paytaxtını tutmaq üzrə olmasından dolayı Tripolidəki əsgərlərini geri çəkib.
Eurasia Diary “Washington Times”a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının komandanı, general Tomas Uoldhauzer bildirib.
Onun sözlərinə görə, Liviyadakı mürəkkəb və təxmin edilməsi mümkün olmayan vəziyyət ABŞ hərbi personalı üçün təhlükəli situasiya hesab edildiyindən bu addım atılıb.
Qeyd edək ki, ABŞ-ın Liviyadakı qüvvələri son illərdə İŞİD və “Əl-Qaidə”yə qarşı vuruşan yerli qüvvələrin yetişdirilməsi, həmçinin ABŞ diplomatik təsisatlarının müdafiəsi ilə məşğul olurdu. Buna baxmayaraq, ölkənin burada nə qədər əsgər saxladığı məlum deyil.