Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva prezident seçkisində namizədliyini irəli sürmək fikrində deyil.
Eurasia Diary xəbər verir ki, bunu “Tenqrinyus” agentliyinə açıqlamasında Dariqa Nazarbayevanın köməkçisi Saule Mustafayeva deyib.
Qeyd edək ki, Dariqa Nazarbayeva Nursultan Nazarbayevin istefasından sonra Qazaxıstan Senatına sədr gətirilib. O, bundan öncə Senatın Beynəlxalq Məsələlər, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri vəzifəsini icra edib. Dariqa Nursultan Nazarbayevin böyük qızıdır.
***
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında fərman imzalayıb.
Eurasia Diary-nin “nur.kz” portalına istinadən verdiyi məlumata görə, fərmana əsasən, seçkilər iyunun 9-da keçiriləcək.