“Vikiliks”in rəhbəri Culian Assanc Londonun cənub-şərqində yerləşən “Belmarş” həbsxanasına yerləşdirilib.
Eurasia Diary xəbər verir ki, bunu “Blumberq” agentliyinə açıqlamasında Assancın dostu Voqan Smit deyib. Onun sözlərinə görə, bu həbsxana qeyri-rəsmi şəkildə “Britaniya Quantanamosu” adlandırılır.
Qeyd edək ki, “Belmarş” ölkənin ən ciddi qorunan həbsxanalarından biridir. Bu həbsxanada daha çox Britaniyaya təhdid yaradan şəxslər saxlanılır.
Həbsxanada saxlanılanlar arasında məşhur radikal islamçı, Üsamə ben Ladenin Avropadakı sağ əli sayılan Əbu Qatada da olub.