Haftarın Tripoliyə hücumunda kim maraqlıdır? - Səudiyyədə məxfi görüşlər | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Haftarın Tripoliyə hücumunda kim maraqlıdır? - Səudiyyədə məxfi görüşlər

Dünya A- A A+

Səudiyyə Ərəbistanı Liviyanın şərqinə nəzarət edən general Xəlifə Haftarın paytaxt Tripolini ələ keçirmək üçün başladığı hərbi əməliyyatlara dəstək məqsədilə milyonlarla dollar yardım edəcəyinə söz verib.

Eurasia Diary xarici mediaya istinadla xəbər verir ki, Səudiyyə hökumətinin yüksək çinli rəsmisi general Haftarın Tripoliyə hücumdan bir neçə gün əvvəl Səudiyyə Ərəbistanında səfərdə olduğu və məxfi müzakirələr apardığını iddia edib.

General Haftar martın 27-də Riyada səfəri zamanı Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb.

Qeyd edək ki, BMT Liviyaya silah satışına embarqo tətbiq edir. Bununla belə, general Haftarın Misir və BƏƏ-dən silah aldığı iddiaları var. ABŞ isə Rusiyanın Haftara silah və hərbi mütəxəssislər verdiyini iddia edir.

Qeyd edək ki, general Haftara bağlı silahlı qüvvələr aprelin 4-dən paytaxt Tripoliyə hücumlara başlayıb.

İlkin məlumatlara görə, son bir həftədə Tripoli uğrunda savaşlarda 75 nəfər ölüb, 323 nəfər yaralanıb.

Axar.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...