Onlar ermənilərin əcdadları deyil - Türk tarixçi | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


Onlar ermənilərin əcdadları deyil - Türk tarixçi

Dünya A- A A+

Ermənilər Anadoluya qərbdən, Balkanlardan gəliblər.

Eurasia Diary Kult.az-a istinadla xəbər verir ki, bu sözləri türkiyəli tarixçi, professor İlbər Ortaylı Heydər Əliyev Mərkəzində təşkil edilən “Qafqaz tarixi” adlı konfransda çıxışı zamanı deyib.

“Ermənilər urartuluları öz əcdadları hesab edirlər. Ermənilər Anadoluya qərbdən, Balkan yarımadasından gəliblər. Onların urartulularla bağlılığı yoxdur. Böyük ehtimalla urartuluların çeçenlərlə bağlılığı var. Lakin onların da Anadoludan Qafqaza, Qafqazdan Anadoluya getdikləri bəlli deyil. Ermənilər Qafqaza sonradan yerləşiblər. XVIII yüzilliyə qədər bu regionda erməni sayı olduqca az idi. Qafqazda ən hegemon etnos və dil şübhəsiz ki, türk və türkcədir. Burada Oğuz ləhcəsi danışılır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...