Notr-Dam-de-Pari kilsəsində güclü yanğın olub - VİDEO | Eurasia Diary - ednews.net

18 İyul, Cümə axşamı


Notr-Dam-de-Pari kilsəsində güclü yanğın olub - VİDEO

Dünya A- A A+

Fransanın Notr-Dam-de-Pari kilsəsində baş vermiş yanğın söndürülüb.

Eurasia Diary TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı yanğınsöndürənlərə istinadən "Le Figaro" qəzeti yazıb.

Notr-Dam-de-Paridə güclü yanğın bazar ertəsi axşam başlayıb. Yanğın nəticəsində kilsənin qülləsi aşıb.

Ehtimal edilir ki, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib.

Paris meri Ann İdalqo açıqlamasında bildirib ki, kilsənin mehrabı və mehrab xaçı yanğın zamanı zərər çəkməyib.

Hazırda yanğınla bağlı "tarixi abidənin bilmədən yandırılması" maddəsi üzrə istintaq işlərinə başlanılıb.

Paris Prokurorluğu hadisənin cinayət əməli deyil, qəza nəticəsində baş verdiyini güman edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...